Qış Olimpiya Oyunlarında təhlükəli virus

Qış Olimpiya Oyunlarında təhlükəli virus
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunları yayılan nevroloji virus artmaqda davam edir.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, virus daha 17 nəfərdə tapılıb və yoluxanların sayı 194 nəfərə çatıb. Onlardan 147-si artıq sağalıb, lakin 47 nəfər karantində saxlanılır. Olimpiya Oyunlarında iştirak edən atletlərdən heç birində nevroloji virus tapılmayıb. Xəstəliyin əlamətləri şiddətli qarın ağrısı, ishal, qusmadır.
Qeyd edək ki, yarışlarda işləyən 200 təhlükəsizlik işçisi virus ehtimalına görə vəzifələrindən azad edilib. 
Olimpiya Oyunlarının təşkil edildiyi ərazilərdə dezinfeksiya işləri aparılır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər