Bu qış Çin klubları transfer bazarında hökmranlıq edir. Fanat.az xəbər verir ki, ildən ilə maliyyə dayaqlarını gücləndirən Asiya ölkəsinin klubları ulduz futbolçuların transferi ilə gündəmə gəlir.
Bu qış bir çox tanınmış futbolçu Çinə üz tutub. Onların arasında ən bahalısı Ramires olub. O, "Çelsi"dən "Jianqsu Suninq" klubuna 25 milyon avroya transfer olunub.
Bu qış Çinə yollanan 10 futbolçu üçün 116 milyon 800 min avro (203 milyon 757 min manat) transfer haqqı ödənib.
Ramires: Çelsi - Jianqsu Suninq - 25 milyon avro
Gervinyo: Roma - Çin Fortune - 18 milyon avro
Elkeson: Quanqzu Everqrande - Şanxay SIPG - 17 milyon avro
Fredi Quarin: İnter - Şanxay Şenhua - 12 milyon avro
Bi Jinhao: Henan Jianye - Şanxay Şenhua - 10.2 milyon avro
Geuanio: Santos - Tianjin Quanjian - 10.1 milyon avro
Sun Ke: Jianqsu Suninq - Tianjin Quanjian - 8.5 milyon avro
Gil: Korintians - Şandonq Lunenq - 7.8 milyon avro
Renato Auqusto: Korintians - Pekin Quan - 7.3 milyon avro
Ralf: Korintians - Pekin Quan - 900 min avro
Qeyd edək ki, Luis Felipe Skolari (Quanqzu Everqrande), Sven-Qoran Eriksson (Şanxay SIPG), Mano Menezes (Şandonq Lunenq), Alberto Zakkeroni (Pekin Quan), Qreqori Manzano (Şanxay Şenhua), Dan Petresku (Jianqsu Suninq) və Slavişa Stoyanoviç (Çanqçun Yatay) kimi məşhur məşqçilər hazırda Çində işləyir.
Həmçinin Paulinyo (Quanqzu Everqrande), Asamoah Qian (Şanxay SIPG), Kleber, Renato Auqusto (hər ikisi "Pekin Quan"), Demba Ba, Covanni Moreno, Məhəmməd Sissoko, Tim Kahill (hamısı "Şanxay Şenhua"), Amauri (Jianqsu Suninq), İbrahima Ture (Liaoninq Vovin) və Edu (Çin Fortune) kimi tanınmış futbolçular da Çin Super Liqasında top qovur.
Fanat.az