Qəzaya düşən komandanın rəqibi kubokdan imtina etdi

Qəzaya düşən komandanın rəqibi kubokdan imtina etdi

Kolumbiyanın "Atletiko Nasyonal" klubu Braziliyanın "Şapekoense" komandasının Cənubi Amerika Kubokunun qalibi elan olunmasını təklif edib.

Klub Cənubi Amerika Futbol Konfederasiyası qarşısında məsələ qaldırıb.

"Atletiko Nasyonal" və "Şapekoense" iki oyundan ibarət final matçında üz-üzə gəlməli idi. İlk oyunun dekabrın 1-də Kolumbiyanın Medelyin şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Bu görüşə gedən Braziliya klubu üzvlərinin oduğu təyyarə Bakı vaxtı ilə bu gecə qəzaya uğrayıb. Nəticədə 81 sərnişindən 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən ikisi - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər