"Qələbə istəyinin çox olması buna imkan vermədi"

"Qələbə istəyinin çox olması buna imkan vermədi"

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin elit-raund mərhələsində - C qrupunda Slovakiyaya qarşı keçirilmiş matçdan danışıb.

Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis 3:3 hesabıyla bitən matçdan sonra bunları deyib:

"Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də "çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma oyunçularımın qələbə istəyinin çox olması buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi bu vaxt əks-hücumlarda yaxaladı”.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər