“Qəbələ”də üç itki

“Qəbələ”də üç itki

“Qəbələ” Misli Premyer Liqasının 2023-2024-cü illər mövsümünün ilk turunun “Sabah”la səfər oyununun hazırlıq prosesini başa vurub.

Fanat.Az xəbər verir ki, sabah Bakıda keçiriləcək qarşılaşmada üç futbolçu iştirak etməyəcək.

Bərpa prosesi keçən Asif Məmmədov, Zurab Oçiqava və Fares Abu Akel “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Bu oyunçular zədədən sonra bərpa prosesini davam etdirirlər. 

Xatırladaq ki, bu gün “Bank Respublika Arena”da baş tutacaq “Sabah” - “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər