Qavi ağır zədə aldı 

Qavi ağır zədə aldı 

"Barselona"nın yarımmüdafiəçisi Qavi sıradan çıxıb.

Fanat.Az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi AÇ-2024-ün seçmə mərhələsinin oyununda - İspaniya - Gürcüstan qarşılaşmasında (3:1) zədələnib.

Görüşün 26-cı dəqiqəsində əvəzlənən oyunçu xaçvari diz bağlarından və yan meniskdən xəsarət alıb. O, yaxın günlərdə əməliyyat ediləcək.

Qavi cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 15 matça çıxıb. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər