Qarsiya Dzekonu Fransaya aparır

Qarsiya Dzekonu Fransaya aparır

Fransa “Marsel”inin baş məşqçisi Rudi Qarsiya mövsümün sonunda İtaliyada top qovan Edin Dzekonu komandasında görmək istəyir. Fanat.Az “Sport.ba”ya istinadən xəbər verir ki, 30 yaşlı forvarda zəng vuran mütəxəssis onu dilə tutmağa çalışıb.

 

Qarsiya bosniyalını yaxşı tanıyır. Əvvəllər “Roma”da işləyən çalışdırıcı yaxşı tanıdığı forvardın Fransada işə yarayacağına əmindi.

 

Edin bu mövsüm A seriyasında çıxdığı 22 oyunda 15 dəfə rəqib qapıçıları məyus edib və 2 qol ötürməsi verməyə imkan tapıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər