"Qarabağ"ın rəqibindən darmadağın

"Qarabağ"ın rəqibindən darmadağın

Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olan Cəbəllütariq "Linkoln"u növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinə hazırlaşan "qırmızı iblislər" təlim-məşq toplanışı çərçivəsində İspaniyanın aşağı liqa komandalarından olan "Almunesar Siti" ilə gücünü sınayıb.

"Linkoln" doğma meydanda - "Victoria Stadium"da baş tutan görüşdə böyük hesablı qələbə qazanıb. Rəqibini 5 cavabsız qolla üstələyən "cırtdanlar"ın heyətində Marko Roşa, Xuanfri, Kike və Li Çipolina fərqləniblər.

"Linkoln" bundan əvvəl İspaniyada İraq millisi ilə gücünü sınamış və meydandan 1:2 məğlub ayrılmışdı.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər