“Qarabağ” dünya reytinqində gerilədi

“Qarabağ” dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda yer alan yeganə təmsilçimiz "Qarabağ" ötən ayla müqayisədə 5 pillə geriləyib.

300 komanda arasında yer alan Ağdam təmsilçisi 141 xalla 67-ci sırada qərarlaşıb.

Qeyd edək ki, liderlər sırasında da dəyişiklik olub. Xallarının sayını 320-ə çatdıran “Real Madrid” birinci pilləyə yüksəlib.295 xalı olan Braziliyalı klubu “Flamenqo” ikinci sıraya düşüb. Üçüncü pillədə isə 254 xalla “Mançester Siti” var. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər