"Qarabağ" başladı

"Qarabağ" başladı

“Qarabağ” bu gün məşqləri bərpa edib. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi hələlik Bakıda hazırlıq keçir. Hazırlığın 2-ci mərhələsi Türkiyədə - Antalyada baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda "Qloriya Sports Arena"da məskunlaşacaq.   "Qarabağ" yanvarın 14-də "Qaz Metan" (Rumıniya), 21-də "Şlyonsk Vrotslav" (Polşa), 25-də isə “Visla Krakov” (Polşa) klubları ilə yoxlama oyunları keçirəcək. Yanvarın 21-i və 25-də daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.   “Qarabağ”ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər