Ukrayna Premyer Liqasının XXI turunda "Zarya"nın qonağı olan "Dnepr" hesabda geriyə düşsə də, rəqibi üzərində əzmkar qələbə qazanıb - 2:1. Fanat.az xəbər verir ki, səfərdə keçirilən qarşılaşmada Dnepropetrovsk təmsilçisinin qapıçısı Yan Lastuvka da diqqət mərkəzinə düşüb.
Belə ki, o, 70 metrdən rəqib qapısına yol tapsa da, qol sərbəst zərbədən vurulduğu üçün matçın baş hakimi tərəfindən qeydə alınmayıb. Həmin anın videosunu təqdim edirik:
Fanat.az