Türkiyə kubokunun C qrupunda baş tuta "Gənclərbirliyi" - "Menemen Bələdiyyəspor" matçında maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, "Gənclərbirliyi"nin qapıçısı Nihat Şahinin oyunöncəsi məşqdə zədələnməsindən sonra ikinci qapıçı Taha Çegiz Dəmirtaş qapıya keçib. Ehtiyatda qapıçısı qalmayan komandada siyahıya Per Yohannes Nopfun salınması gündəmə gəlib.
"Qırmızı-qaralar"ın rəhbərliyi stadiona gəlməyən İsveçli qapıçı ilə uzun aramalardan sonra əlaqə yarada bilib. Bir alış-veriş mərkəzində həyat yoldaşı ilə yeməkdə olduğu öyrənilən Nopf rəhbərliyin çağırışı ilə stadiona gəlib və 25 dəqiqə içərisində ehtiyat oyunçular skamyasında yerini alıb.
Fanat.Az