Qanunsuz işləyən idman zalı aşkarlandı, 18 nəfər cərimələndi

Qanunsuz işləyən idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
Sumqayıtda 3-cü məhəllənin ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən edilib.
Fanat.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.
İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan  17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər