PSJ-nin sabiq baş məşqçisi Kristofer Qaltyenin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, fransalı çalışdırıcı Qətərin elita təmsilçilərindən olan "Əl-Duhail"lə münasibətləri rəsmiləşdirib.
Məlumatı klubun saytı yayıb. Qaltye bir müddət öncə qovulan Hernan Kresponun yerini tutub.
Xatırladaq ki, Qaltye ötən mövsüm PSJ ilə Fransa çempionluğunu bayram etsə də, iyunda paytaxt təmsilçisindən istefaya göndərilmişdi.