Qalib idmançılara vergi güzəşti tətbiq olunacaq

Qalib idmançılara vergi güzəşti tətbiq olunacaq

İdman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq olunacaq. 

Fanat.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul olunub. 

Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər