“Qalatasaray”dan əzmkar qələbə

“Qalatasaray”dan əzmkar qələbə

Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“İstanbulspor” - “Samsunspor” və “Kayserispor” - “Antalyaspor” matçlarında qalib müəyyənləşməyib. “Trabzonspor” evdə “Kasımpaşa”ya uduzub. “Qalatasaray” isə “Qaziantep” üzərindəki əzmkar qələbəylə “Fənərbaxça”nın xal fərqini artırmasına imkan verməyib.

Hazırda 60 xala malik “Fənərbaxça” ilə “Qalatasaray” şərikli liderliyi davam etdirirlər. “Trabzonspor” 37 xalla 3-cü, “Beşiktaş” 36 xalla 4-cü, “Rizəspor” 35 xalla 5-cidir.

Türkiyə Super Liqası 23-cü tur 27 yanvar

Alanyaspor - Pendikspor 1:1 Qollar: Fer, 82 – Tiam, 78.

Adana Dəmirspor – Hatayspor 0:1 Qol: Nani, 44-öz qapısına.

28 yanvar

Konyaspor – Başakşəhər 2:3 Qollar: Prip, 8; 14 – Pyontek, 67-pen; 79; 90+2.

Fatih Karagümrük – Rizəspor 4:0 Qollar: V.Eysserik, 38. S.Dursun, 66-pen. L.Mercan, 75. C.Keleş, 85.

Sivasspor – Beşiktaş 1:0 Qol: Manay, 6.

Fənərbaxça – Ankaragücü 2:1 Qollar: C.Ündər, 20; 32 – T.Cigerci, 13-pen.

29 yanvar

İstanbulspor – Samsunspor 1:1 Qollar: E.Gültəkin, 54 – E.Kılınc, 72.

Kayserispor – Antalyaspor 1:1 Qollar: A.Karimi, 61 – Larsson, 31.

Qalatasaray – Qaziantep 2:1 Qollar: Zaha, 72. B.A.Yılmaz, 89 – A.Kızıldağ, 29.

Trabzonspor – Kasımpaşa 2:3 Qollar: E.Destan, 19. P.Yıldırım, 90+1 – A.Kara, 47. Hayradinoviç, 58-pen. Da Kosta, 75.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər