"AVRO-2016"da keçiriləcək Rusiya - İngiltərə oyunundan öncə iki ölkə arasında hərbi gərginlik yaşanıb. Fanat.az xəbər verir ki, Rusiyaya məxsus hərbi sualtı qayıq İngiltərə sularında yaxalanıb.
Məlumata görə, "Stary Oskol" adlı hücum gəmisi İngiltərə sahillərinə yaxın bir məsafədə Kraliyyət Donanması tərəfindən dayandırılıb. Raket və ağır silahlarla silahlanmış gəmi Şimal dənizindən Manş dənizinə keçərkən radara düşüb.
İngiltərə mətbuatı xəbəri "Sərhədlərimiz İngiltərənin qəhrəmanları tərəfindən qorundu" başlığı ilə təqdim edib. Hərbi gəminin fotolarını yayımlayan media bu hadisəni şənbə günü keçiriləcək Rusiya - İngiltərə oyunundan əvvədl Vladimir Putinin "psixoloji təzyiqi" kimi şərh edib.




Fanat.az