Putin hokkey oynadı

Putin hokkey oynadı

Rusiya prezidenti Vladimir Putin Moskvadakı Qırmızı Meydanda hokkey üzrə Gecə Liqası matçında iştirak edib.

 

 

 

Fanat.Az-ın məlumatına görə, müdafiə naziri Sergey Şoyqu, Pavel Bure, Vyaçeslav Fetisov və Aleksandr Kasatonov da Putinlə eyni komandada yer alıb. Onun komandası 14:10 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Gecə Liqası 2011-ci ildə Vladimir Putin və Rusiyanın məşhur hokkeyçilərinin təşəbbüsü ilə yaradılıb. Turnirə yalnız həvəskar komandalar qatılır. Rusiya prezidentinin yer aldığı komanda ötən il rəqibini 9:5 hesabı ilə yenib. Təşkilata ikiqat olimpiya və yeddiqat dünya çempionu Aleksandr Yakuşev rəhbərlik edir.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər