Sabah Antalyada Türkiyə və Rusiya milliləri qarşılaşacaq. Fanat.Az xəbər verir ki, əvvəlcədən Rusiya prezidenti Vladimir Putinin bu oyunu izləmək üçün Antalyaya gedəcəyi bildirilirdi.
Amma bu məlumatlar özünü doğrultmayıb. Putinin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin Rəcəb Tayyib Ərdoğanla birlikdə həmin qarşılaşmanı izləyəcəyi ilə bağlı məlumatları təkzib edib:
"Xeyr, hazırda prezidentin Antalyaya səfəri nəzərdə tutulmayın. Cənab Putinin iş qrafiki çox sıxdı. Belə planlar üçün zaman tapılmır. Amma uzaqda olsa da, ölkə başçısı millimizi dəstəkləyəcək".
Fanat.Az