Prosineçkinin son 2 günü

Prosineçkinin son 2 günü

Millimizin baş məşqçisi Robert Prosineçki Bakını tərk etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis iki gündən sonra Bakını tərk edəcək. Onu Bakıdakı hava limanından aparacaq təyyarə dekabrın 17-də axşam saatlarında hərəkətə başlayacaq. Bu tarix də təsadüfən seçilməyib. Bununla da çalışdırıcının qış fasiləsi öncəsi sonuncu turun oyunları bitənədək Azərbaycanda olmasına, vəzifəsinə yerinə yetirilməsinə işarə vurulur.

Onun geriyə nə vaxt dönəcəyi qeyri-müəyyəndi. İlkin ehtimallara görə, çalışdırıcı yeni ili qarşıladıqdan və bayram tətilini keçirdikdən sonra yanvarın ortalarında Antalyaya gələcək, ordakı klublarımızın hazırlığı ilə tanış olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər