Prosineçkinin əvəzinə o gətirildi

Prosineçkinin əvəzinə o gətirildi

"Bursaspor"un yeni baş məşçqisi müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa klubu açıqlama yayıb.

Açıqlamada bildirilir ki, baş məşqçi postu Mutlu Topçuya tapşırılıb. Baş məşqçiyə Gökhan Geylan və İvan Ergiç kömək edəcək.

Mutlu topçu indiyədək "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişəhərspor" və Türkiyə millisində köməkçi məşqçi, "Kayserispor" və "Qaziantepspor"da baş məşqçi vəzifəsini tutub. 

Qeyd edək ki, "Bursaspor" baş məşqçi postunda millimizin çalışdırıcı Roberto Prosineçkini görmək istəyirdi. Hətta klub rəsmiləri Bakıya gələrək onunla danışıqlar aparmış, amma AFFA-nın razılığını ala bilməmişdilər. 

Onu da qeyd edək ki, "Bursaspor"da millimizin üzvü Dəniz Yılmaz çıxış edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər