Millimizin baş məşqçisi Robert Prosineçki sabiq komandası “Barselona”nın Çempionlar Liqasındakı oyunu ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, xorvat mütəxəssis arzuladığı finalı açıqlayıb:
“Barselona” mükəmməl komandadı. Son 10 illikdə daim zirvədə yer alırlar. Onların qarşısını yalnız “Bavariya” ala bilər. “Barselona” əla heyətə malikdi və çox gözəl futbol oynayır. Çempionlar Liqasının sonuna hələ var. Finalda “Barselona” və “Bavariya”nı görmək istərdim. Ümid edirəm ki, belə də olacaq”.
Fanat.az