Prosineçki üçün bolqar rəqib

Prosineçki üçün bolqar rəqib

Qazaxıstan millisini Xristo Stoiçkov çalışdıracaq. Sport7.az bununla bağlı bolqar mütəxəssisin yaxınlarından məlumat əldə edib.

Məlumata görə, 50 yaşlı baş məşqçi artıq Qazaxıstan Futbol Federasiyası  ilə anlaşıb. Anlaşmaya əsasən, Stoiçkov "DÇ-2018"in seçmə mərhələsinin sonunadək Asiya ölkəsinin komandasını çalışdıracaq.

Bundan əvvəl qazaxların italyan Cennaro Qattuzo ilə danışıqlar apardığı bildirilirdi. Amma federasiya Stoickovla cal?smaga ustunluk verib.

O, komanda ilə birlikdə mart ayında Antalya toplanışına qatılacaq. Qazaxıstan bu toplanışda Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma martın 26-da baş tutacaq.

Qeyd edək ki, məşqçi karyerasına Bolqarıstan millisində başlayıb və 2004-2007-ci illərdə komandanın baş məşqçisi olub. O, sonradan İspaniyanın "Selta", CAR-ın "Mamelodi Sundowns", Bolqarıstanın "Liteks" və ÇSKA (Sofiya) klublarına başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər