Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Fransa səfəri davam edir.
Fanat.az xəbər verir ki, 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan mütəxəssis "AVRO-2016"nın C qrupunda Lion şəhərində keçirilmiş Ukrayna - Şimali İrlandiya oyununu izləyib.
Qeyd edək ki, oyun rəqibimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.az