Prosineçki "Bursaspor" qərarını açıqladı

Prosineçki "Bursaspor" qərarını açıqladı

"Bursaspor"la görüşlərimiz oldu. Amma Azərbaycan yığması ilə davam edən bir illik müqaviləm var. Qısa müddətdə hər hansı bir komanda dəyişikliyi etməyəcəm". Fanat.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis goal.com-a açıqlamasında bir müddət həm Azərbaycan millisini, həm də "Bursaspor"u çalışdırmaqla bağlı təklifə münasibət bildirib: "Yox, iki komandaya eyni anda başçılıq etməyin ağıllı fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacam".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər