Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Fransada keçirilən Avropa çempionatını izləyir. Fanat.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AVRO-2016-nın D qrupunda keçirilmiş İspaniya - Çexiya oyununa tribunadan baxıb.
Tuluza şəhər stadionundakı görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb - 1:0. Çexiya yığması "DÇ-2018"in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.
Qeyd edək ki, Azərbaycan "DÇ-2018"in seçmə mərhələsinin C qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino yığmaları ilə mübarizə aparacaq. Rəqiblərdən ilk 3-ü hazırda Avropa çempionatında mübarizə aparır. Çexiya ilə yanaşı, Şimali İrlandiya da 0:1 hesabı ilə Polşaya uduzub. Almaniya isə Ukraynanı 2:0 hesabı ilə yenib.
Fanat.az