Prosineçki danışacaq

Prosineçki danışacaq

Sabah Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin mətbuat nümayəndələri üçün brifinqi təşkil olunacaq. Famat.Az xəbər verir ki, görüş “Boulevard Hotel”də keçiriləcək.

Brifinq AFFA-nın AFFA-nın Hesabat Konfransı başa çatdıqdan sonra baş tutacaq. Konfrans martın 15-də saat 10:00-da başlayacaq.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb. Tədbirdə Azərbaycan milli komandalarının hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər