"Kayserispor”un baş məşqçisi Robert Prosineçki komandasının Türkiyə Superliqasından düşməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Trabzonspor"a dünənki yenilgidən sonra Kayseri təmsilçisi yarışı 17-ci yerdə başa vurub və yüksək liqa ilə vidalaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında millimizin sabiq baş məşqçisi hakimləri günahlandırıb:
"Belə dramatik oyundan sonra danışmaq asan deyil. Təxminən 7.5 ay liqada qalmaq üçün inanılmaz dərəcədə çalışdıq, mübarizə apardıq. Bu gün də bacardığımızı ortaya qoyduq, şansımız gətirmədi. Çox qol fürsətlərini qaçırdıq. Həqiqətən söyləmək üçün söz tapa bilmirəm. Mən indiyə qədər VAR və hakimlər haqqında heç nə danışmamışam, hamı səhvlər haqda fikir bildirir. Komandamız, təmsil etdiyimiz şəhər Superliqadan düşməyə layiq deyildi. Çox məyusam, ancaq ağlayıb, sızlamaq fayda verməyəcək”.
Qeyd edək ki, "Kayserispor” 90-cı dəqiqədə qol buraxaraq "Trabzonspor”a 1:2 hesabıyla uduzub.
Fanat.Az