Prezident söz-söhbətlərə aydınlıq gətirdi

Prezident söz-söhbətlərə aydınlıq gətirdi

Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Aleksandr Dyukov qurumun Asiya Futbol Konfederasiyasına keçməyi planlaşdırmadığını bildirib.

Fanat.Az xəbər verir ki, RFİ-nin mətbuat xidməti Dyukovun dediklərini belə çatdırıb: 

“RFİ Asiyaya köçmək variantını nəzərdən keçirmir. Biz UEFA-nın üzvüyük və üzv olaraq da qalırıq. UEFA-dan qovulma ilə bağlı çoxlu söz-söhbətlər yayılsa da, bunun heç bir əsası yoxdur. Planımıza belə bir məsələ daxil olmayıb"

Xatırladaq ki, mayın 2-də UEFA Rusiya klublarını və milli komandalarını 2022/2023-cü il mövsümündə beynəlxalq yarışlarından kənarlaşdırmaq barədə qərar qəbul edib. 

Bir müddət əvvəl Rusiyalı siyasətçilər, RFİ-nin UEFA-dan çıxıb Asiya Futbol Assosiasiyasının tərkibinə keçməsini təklif etmişdilər.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər