Cesare Prandellinin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, italyan mütəxəssisin Çində çalışacağı iddia olunub.
Bu barədə məlumatı "Sky Sports" yayıb. İddia edilib ki, Prandelli "Çonqqinq Lifan" klubunun başına keçəcək. O, bu postda Çanq Voe-rionqu əvəzləyəcək.
Çinin Çonqqinq şəhərində nəşr olunan "Gecə xəbərləri" qəzeti isə Prandellinin komandanın heyətində bir sıra dəyişikliklər edəcəyini yazıb. Həmkarlarımızın iddiasına görə, italyan mütəxəssisin əsas transferi "Qalatasaray"da birlikdə işlədiyi Səlcuk İnan olacaq.
Fanat.az