Poqbanın yeni klubu bəlli oldu

Poqbanın yeni klubu bəlli oldu

Pol Poqba "Yuventus"la müqavilə imzalayacaq. 

Fanat.Az xəbər verir ki, bunu "La Gazzetta dello Sport" nəşri açıqlayıb. 

Turin klubu, "Mançester Yunayted"lə müqaviləsi başa çatan Fransa millisinin futbolçusunu heyətinə təzminatsız cəlb edir.

Poqba üç illik müqaviləyə razılıq verib. O, hər mövsümdə yeddi milyonyarım avro qazanacaq və mümkün bonuslarla bu məbləği 10 milyona qədər artıra bilər. 

Məlumat tanınmış insayder Nikolo Şira tərəfindən də təsdiqlənib.

 

"Yuventus" ikinci dəfədir ki, Poqbanı "Mançester Yunayted"dən transfer haqqı ödəmədən almadan gətirir. Fransız Turinə ilk dəfə on il əvvəl - 19 yaşında gəlib. Dörd ildən sonra “Yuventus” onu 105 milyon avroya “Mançester Yunayted”ə satıb. 

Bugünlərdə Britaniya mətbuatı Poqbanın "Mançester Siti" ilə hər şeyi razılaşdırdığını, lakin sonda MY azarkeşlərinin reaksiyasından qorxaraq, bu kluba keçməkdən imtina etdiyini yazıb.

Poqba son altı ildə “qırmızı şeytanlar”ın heyətində 233 oyun keçirib, 39 qol vurub və 51 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər