Poqba Fransa yığmasının tarixinə düşdü

Poqba Fransa yığmasının tarixinə düşdü
AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan İsveçrə ilə oyun Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba üçün əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, bu oyunda komandasının vurduğu qollardan birinin müəllifi də "Mançester Yunayted”in futbolçusu olub. 
 
Nəticədə Poqba Fransa yığmasının tarixinə düşüb. Yarımmüdafiəçi bu komandanın heyətində ardıcıl dörd böyük turnirdə qol vurmağı bacaran ilk futbolçu ünvanına sahib çıxıb.
 
Poqba daha öncə DÇ-2014, AÇ-2016 və DÇ-2018-də də qol vurmağa nail olmuşdu.
 
Qeyd edək ki, Poqbanın mükəmməl qola imza tadığı görüşdə uduzan Fransa millisi qitə birinciliyində mübarizəni dayandırıb. Matçın əsas və əlavə vaxtı 3:3 hesabıyla bitdiyindən qalibi penaltilər seriyası müəyyənləşdirib - 4:5. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər