Poçettino MY ilə oyundan sonra: "Mən təlxək deyiləm"

Poçettino MY ilə oyundan sonra: "Mən təlxək deyiləm"

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted" üzərində qələbədən (4:3) sonra keçirdiyi emosiyaları şərh edib. 

Fanat.Az xəbər verir ki, jurnalist Ben Yakobs argentinalı mütəxəssisin fikirlərini belə təqdim edib:

“Matçdan sonrakı bayram? Mən təlxək deyiləm, məşqçiyəm. Ehtiras kənarda çılğın davranmaq deyil. Avropanın ən gənc komandalarından birinə rəhbərlik etdiyim üçün sakitliyi qoruyub vəziyyəti təhlil etməliyəm. Əlbəttə ki, oyunun sonunda emosiyalar olur, amma bura sirk deyil. Əgər təlxək istəyirsənsə, get onu sirkdə tap”.

Qeyd edək ki, "mavilər" "Mançester Yunayted"lə görüşdə 100 və 101-ci dəqiqələrdə vurulan qollar sayəsində üç xalı qoparıb - 4:3. Matça artırılmış dəqiqələrdəki hər iki qolun müəllifi bu görüşdə het-trik edən Koul Palmer olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər