Poçettino koronavirusa yoluxdu

Poçettino koronavirusa yoluxdu
PSJ-nin baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.
 
Fanat.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə argentinalı mütəxəssisin koronavirus testinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Bu üzdən də o, özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel Daqostino rəhbərlik edəcək.
 
PSJ Liqa 1-in 20-ci turu çərçivəsində yanvarın 16-da "Anje" ilə qarşılaşacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər