Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi mövqeyini qoruyub. Hesabında 1435 xal olan millimiz dünyanın 10-cusudu .
2015-ci ilin yekun siyahısı ilə müqayisədə isə yığmamız 1 pillə irəliləyib. Təbii ki, təmsilçimizin uğurunda DÇ-2016-nın 1/4 finalına yüksəlməsi xüsusi rol oynayıb.
Ötən ili 11-ci tamamlayan yığmamızla yanaşı, Qazaxıstan da “onluğ”a bu il daxil olub.
Fanat.Az