"Barselona"ının ulduzu Cerard Pike və həyat yoldaşı, pop-ulduz Şakira ilə bağlı maraqlı xəbər yayılıb. Fanat.Az xəbər verir ki, ulduz cütlüyün İbiza adasında istirahət etdikləri zaman yeməklərini çox bəyəndikləri aşbaza inanılmaz məbləğdə bəxşiş verdiyi iddia edilib.
Bu iddia ilə Argentinada yayımlanan bir radionun aparıcısı çıxış edib. "İbizada yaşayan bir aşbaz dostum var. Bir həftə Pike və Şakira üçün yemək bişirib. Yeməklərini o qədər bəyəniblər ki, qanorarından əlavə ona bəxşiş də veriblər. Təxmin edin nə qədər? 500, 1000, 2000 avro? Yox. Şakira İbizadan ayrılarkən dostumu qucaqlayıb və "Get gözəl istirahət elə, özünə bir şeylər al" deyərək 10 min avro verib. Dostum olayın şokundan çıxmadan bu dəfə Pike əlini cibinə ataraq ona 10 min avro verib" deyə radio aparıcısı bildirib.
Fanat.Az