Pike utanır

Pike utanır
"Utanıram".
Fanat.az xəbər verir ki, bu ifadəni "Barselona"nın futbolçusu Jerar Pike dilə gətirib. 
Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzduqları oyunu şərh edən ispan futbolçu sözlərinə belə davam edib:
"Birinci dəfə deyil ki, bu halla üzləşirik. Artıq dəyişikliyə ehtiyac var. Bunu məşqçi və ya futbolçu heyəti ilə əlaqələndirmirəm. Köklü dəyişiklik ediləcəksə, hətta mən özüm də kənara çəkilməyə hazıram”.
Qeyd edək ki, "Barselona” 2019/2020 mövsümündə heç bir titul qazanmayıb.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər