PFL qərar verdi: Oyunlar qapalı olacaq

PFL qərar verdi: Oyunlar qapalı olacaq
Avqustun 21-də start götürəcək Azərbaycan Premyer Liqasına hazırlıq xarakteri daşıyacaq yoxlama oyunları qapalı olacaq.
Fanat.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqası açıqlayıb.
Yeni mövsümlə bağlı bir sıra işlər görən qurum koronavirus pandemiyası ilə əlaqədar olaraq Əsasnaməyə əlavə hazırlayır. Burada oyunlarda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. 
Artıq 2020/21 mövsümüylə bağlı son tamamlanma işləri görülür. Təbii olaraq komandalar yeni mövsümün başlamasına görə yoxlama görüşləri keçirməyi planlaşdırır. Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb. Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər