PFL oktyabrın ən gözəl qolunu seçir - VİDEO

PFL oktyabrın ən gözəl qolunu seçir - VİDEO

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I divizion yarışlarını da daim diqqətdə saxlayır. Qurum artıq ikinci dəfə I divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

I divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.  

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. 

Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.  

Qeyd: pfl.az saytında sorğununun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib oktyabr ayında I divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 9 noyabradək qüvvədə olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər