PFL 3 oyunun vaxtını dəyişdi

PFL 3 oyunun vaxtını dəyişdi

Topaz Premyer Liqasının XIV turunun və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. 

Fanat.az xəbər verir ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, “Rəvan”la  görüşün vaxtının dəyişdirilməsini xahiş edib. “Qəbələ”nin Avropa Liqasında oyununu və yarışların əsasnaməsini rəhbər tutan PFL “Qəbələ” - “Rəvan” görüşünün noyabrın 29-dan 30-a keçirilməsinə qərar verib.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Mil Muğan” və “Rəvan” - “Bakı” matçları isə dekabrın 2-dən 3-nə keçirilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər