Pərviz Abdullayev nokautla qalib gəldi

Pərviz Abdullayev nokautla qalib gəldi
Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, idmançımız ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayıb.
 
77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib.
 
O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər