Peres Ronaldunu "axmaq və xəstə" adlandırdı

Peres Ronaldunu "axmaq və xəstə" adlandırdı
"Real Madrid"in prezidenti Florentino Peresin növbəti səsyazısını yayılıb.
İspaniyanın "El Confidencial" nəşri bu dəfə 74 yaşlı mütəxəssisin komandanın sabiq futbolçusu Kriştianu Ronaldu haqqında səsləndirdiyi təhqiramiz ifadələri ictimaiyyətə təqdim edib. 
2012-ci ilə aid olduğu deyilən audioyazıda Peres "kral klubu"nda özünü xoşbəxt hiss etməyən portuqaliyalı hücumçunu axmaq və xəstə adlandırıb: "O, dəlidir. Bu oğlan axmaq və xəstədir. Siz Ronaldunun normal olduğunu düşünürsünüz. Amma belə deyil. Əks halda bu cür axmaqlıq etməzdi. Onun son dəliliyini bütün dünya gördü. Sizcə, niyə belə axmaq hərəkətlər edir"?
Klub prezidenti Ronaldunun agenti Jorje Mendeş və həmin vaxt "Real Madrid"in sükanı arxasında olan Joze Mourinyonun futbolçuya nəzarət edə bilmədiyini söyləyib: "Hətta müsahibə məsələlərində belə, vəziyyət eynidir. Bunlar dəhşətli eqoları olan insanlardır, hər ikisi korlanıb. Gerçəyi görmürlər, çünki fərqli davransaydılar daha çox pul qazana bilərdilər. Onlar da normal deyil, çünki imic hüquqlarında çox pul var. Belə bir üzlə, bu qədər sərt davranışla heç kim onları bəyənmir. Bu antireklamdır"!
Qeyd edək ki, "El Confidencial" nəşri daha əvvəl Florentino Peresin "Real Madrid"in sabiq futbolçuları İker Kasilyas və Raul Qonsalesi təhqir etdiyi audioyazı dərc edib.
Mənbə: Report
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər