Madrid “Real”ının prezidenti Florentino Peres Əlcəzair əsilli fransalını – Kərim Benzemanı başından etmək qərarına gəlib. Fanat.Az İspaniya mənbələrinə istinadən xəbər verir ki, forvard “Arsenal” və “Çelsi”yə təklif olunub.
Mənbə 29 yaşlı futbolçuya PSJ-nin daha böyük maraq göstərdiyini vurğulayıb.
Bu mövsüm Kərim bütün turnirlər daxil olmaqla, “Real”ın formasında 27 matça çıxıb. Meydanda olduğu görüşlərdə 8 top vuran və 4 qol ötürməsi verən hücumçunun məhsuldarlığı prezidenti razı salmır və o, Benzemadan yaxşısını tapmaqda qərarlıdı. “Transfermarkt” forvarda 60 milyon avro qiymət qoyub. Futbolçu 2019-cu ilədək müqaviləylə madridlilərə məxsusdu.
Fanat.Az