Manuel Pellegrini iyunun 30-da "Mançester Siti"dən ayrılacaq. Fanat.az xəbər verir ki, baş məşqçi bu barədə bu gün keçirdiyi mətbuat konfransında açınlama verib.
"Mançester Siti" bu açıqlamadan dərhal sonra yeni baş məşqçisinin adını açıqlayıb. Mançester klubu yeni mövsümdə komandanı Pep Qvardiolanın çalışdıracağını elan edib. Mövsümün sonunda "Bavariya"dan ayrılacaq ispan mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Fanat.az