Pep Qvardiola: "Yenilərə ehtiyac yoxdu"

Pep Qvardiola: "Yenilərə ehtiyac yoxdu"

"Mançester Siti” bu qış yeni futbolçu almayacaq.

 

 

Fanat.Az xəbər verir ki, bunu "şəhərlilər”in baş məşqçisi Pep Qvardiola özü deyib.

 

 

İspan çalışdırıcı indiki heyətlə yola davam edəcəklərini söyləyib: "Yeni transferlər haqda düşünmürük. Yanvarda pul xərcləmək fikrimiz yoxdu. Hazırkı heyətdən məmnunam. Zədəli futbolçularımız da sıraya dönüb. Bu üzdən yeni oyunçuya ehtiyacımız yoxdu”.

 

 

Qeyd edək ki, bir müddət əvvəl "Mançester Siti”nin dövrələrarası fasilədə Ruben Neveş ("Vulverhempton”) və Tanq Ndombeleni ("Lion”) transfer etmək istədiyi bildirilmişdi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər