80 yaşlı Pele əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi bunu şəxsi "Facebook" hesabında yazıb.
O, cərrahi müdaxilənin yoğun bağırsağındakı şişlə əlaqədar olduğunu bildirib:
"Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Bu problem ötən həftə keçirdiyim müayinə zamanı aşkarlanmışdı".
Pele bir neçə gün əvvəl müayinə üçün San-Pauludakı özəl klinikalardan birinə yerləşdirilmişdi.
Nihat