Pekin-2022: Təmsilçimizin yekun mövqeyi bəlli oldu

Pekin-2022: Təmsilçimizin yekun mövqeyi bəlli oldu

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsindəki yekun mövqeyi bəlli olub. 

Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci pillədə başa vurub.

Qızıl medalı 255,95 xalla Rusiya Olimpiya Komitəsini (ROK) təmsil edən Anna Şerbakova qazanıb. Onun həmyerlisi Aleksandra Trusova (251,73) ikinci, yaponiyalı Kaori Sakamoto (233,13) üçüncü olub. 

*** 15:55

 

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edib.

Fanat.Az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.

Ryabova 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Bununla da onun növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq ilk "3-lüy"ə düşə bilməyəcəyi dəqiqləşib və idmançımız medalsız qalib.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər