Paytaxt klubunun 30-cu ev məğlubiyyəti

Paytaxt klubunun 30-cu ev məğlubiyyəti

“Səbail” Premyer Liqada 30-cu dəfə öz meydanında məğlub olub.

Fanat.Az xəbər verir ki, bu, XVII turda qeydə alınıb. Paytaxt klubu “Zirə”yə 0:1 hesabı ilə məğlub olub.

Bakılılar Premyer Liqada keçirdiyi 61-ci ev qarşılaşmasında 30-cu dəfə xalsız qalıb. “Səbail” bu müddətdə 17 qələbə qazanıb, 14 heç-heçə edib.

Qeyd edək ki, “Səbail” ilk ev məğlubiyyətini 2017-ci il sentyabrın 17-də “Qəbələ”dən alıb – 1:3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər