Paytaxt klubunda 15 milyonluq hücumçu

Paytaxt klubunda 15 milyonluq hücumçu

“Latsio” növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi ABŞ-ın “Nyu-York Siti” klubunun argentinalı hücumçusu Valentin Kastelyanosu heyətinə qatıb.

İtaliya klubu bu transfer üçün MLS təmsilçisinə 15 milyon avro ödəyib. 24 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Kastelyanos 2018-ci ildən MLS təmsilçisində çıxış edirdi. O, Çilinin “Universidad de Çili”, Uruqvayın “Torke”, İspaniyanın “Jirona” klublarında da forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər