Paytaxt klubu satıldı - 591 milyon avroya

Paytaxt klubu satıldı - 591 milyon avroya
İtaliyanın "Roma" klubu satılıb.
Fanat.Az xəbər verir ki, amerikalı iş adamı Den Fridkin paytaxt klubunun səhmlərini həmyerlisi Ceyms Palottadan satın alıb. Klubun satışı ilə bağlı tərəflər arasında rəsmi müqavilə imzalanıb.
Den Fridkin "Roma"nın səhmləri üçün qarşı tərəfə 591 milyon avro ödədiyi bildirilir. Təhvil-təslim prosesi 4-5 həftə davam edəcək.
Bəzi hüquqi prosedurlara görə Fridkin yalnız 2 aydan sonra klubun prezidenti təyin olunacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər